"Neftçi"nin yollarını ayırdığı müdafiəçi Robert Bauer özünə yeni komanda tapıb.
Oxu.Az xəbər verir ki, alman futbolçu "Buriram Yunayted"ə keçib.
Vaxtilə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi klub Bauerlə müqavilə imzalayıb.
Robert 2024-cü ilin yayından "Neftçi"nin şərəfini qoruyub.