"Neftçi"nin vidalaşdığı Yuri Matiasın yeni klubu bəlli olub. Braziliyalı müdafiəçi karyerasını BƏƏ-də davam etdirəcək.
Oxu.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Ajman" klubu ilə anlaşıb.
Tərəflər birillik müqaviləyə imza atıblar.
Matias "Neftçi"də keçirdiyi iki mövsümdə paytaxt klubunun heyətində 71 matçda 10 qol və 3 ötürmə ilə yadda qalıb.
