“Neftçi” futbol komandası Türkiyənin “Fənərbağça” klubu ilə yoldaşlıq görüşü keçirəcək.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, “Anadolu” agentliyinin verdiyi məlumata görə, oyun yanvarın 17-də Antalyada baş tutacaq.
Qış təlim-məşq toplantısı çərçivəsində keçiriləcək oyun azərbaycanlı milyarder Telman İsmayılova məxsus “Mardan” stadionunda olacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da çalınacaq.