Niderlandın U-19 millisinin sabiq futbolçusu Maruan Azarkan karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı vinger "Neftçi"yə keçməyə yaxındır.
Tərəflər arasında danışıqlar davam edir, lakin hələlik yekun razılıq əldə olunmayıb. Mərakeş əsilli futbolçu "Ən-Nəsr" klubundan ayrıldıqdan sonra hazırda azad agent statusundadır.
Qeyd edək ki, Azarkan "Feyenoord"un yetirməsidir. O, Niderlandda "Ekselsior" və "Utrext"də də forma geyinib.

Qaynar xətt:
(055) 224 12 12