Bu gün Avro Liqanın II təsnifat mərhələsinin ilk oyunları keçirilir
Oxu.Az xəbər verir ki, Avro Liqaya bu mövsüm start verən “Neftçi“Neftçi” ilk oyunda məğlub oldu öz meydanında Sloveniyanın “Koper” klubuna 2-1 hesabı ilə uduzub.
Oyunda hesabı 24-cü dəqiqədə “Koper”in futbolçusu Qoren Qalesiç açıb. 41-ci dəqiqədə Meteç Palçiç komandasını fərqi 2 topa çatdırıb.
İlk hissənin sonunda Araz Abdullayev hesab arasındakı fərqi minimuma endirib.
İkinci hissədə futbolçularımız nə qədər çalışsada oyunda bərabərlik qolunu vura bilmədi.
Beləliklə, öz meydanında 2-1 hesabı ilə uduzan “Neftçi” 1 həftə sonra keçiriləcək cavab oyununa məğlub durumda yollanacaq.