1992-сi il təvəllüdlü Razim Sədi oğlu Əhmədov Kür çayının Şəmkir rayonu Kür qəsəbəsi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
R.Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:20-də başa çatıb.