Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, "Neftçi" cari mövsüm ilk qələbəsini qazanıb – 2:1.
Bakı klubu doğma divarlar arasında "Sumqayıt"ı oyuna əlavə olunmuş üçüncü dəqiqədə fransalı hücumçu Jozef Stiven-Monrozun vurduğu qolla məğlub edə bilib. Bu matçda baş hakim Səbuhi Bayramov bir penalti təyin edib, üç qırmızı vərəqə göstərib. Meydan sahiblərindən milliləşdirilmiş ukraynalı müdafiəçi Anton Krivotsyuk, qonaqlardan Murad Xaçayevlə kapitan Vurğun Hüseynov meydandan qovulub.
"Neftçi" ilk qələbəsini qazandı, "Qarabağ" darmadağın etdi - VİDEO
Səbuhi Musayev
Rəylər