“Neftçi” klubu futbolçu Georgi Navalovski ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, Report-un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, karyerasını Rusiyanın “SKA-Xabarovsk” komandasında davam etdirəcək.
Qeyd edək ki, Georgi Navalovski ötən ilin dekabrında “Neftçi”yə keçib. O, “ağ-qara” forma ilə 13 oyuna çıxıb.
E.Ə.
www.oxu.az