“Neftçi” PFK daha bir legioneri ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, yanvarda sabiq baş məşqçi Tərlan Əhmədovun vaxtında kluba cəlb olunmuş paraqvaylı futbolçu Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, eyni xətlə bu kluba cəlb olunmuş kolumbiyalı yarımmüdafiəçi Mayk Kampos və argentinalı hücumçu Lukas Qomes müqaviləsinin pozulmasına razılıq vermədiyindən əvəzedici komandaya göndərilib.
S.M.
www.oxu.az