"Neftçi" futbol komandası Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bakı klubu yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.
Yanvarın 5-də ilk məşqinə çıxacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq.
Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.