"Neftçi"nin futbolçusu Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionatında yalnız "ağ-qaralar"ın formasını geyinən yarımmüdafiəçi 221-ci oyununda 100-ü yarılayıb.
Bakı təmsilçisinin kapitanı Misli Premyer Liqasının XVI turunun "Karvan-Yevlax"la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018 mövsümündə imza atan Mahmudov yarışın tarixində 50 və daha çox top vuran 43-cü futbolçudur.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.
Mahmudov "Neftçi" ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.
1. Müşfiq Hüseynov ("Qarabağ") - 109;
2. Samir Ələkbərov ("Neftçi") - 99;
3. Alay Bəhramov ("Viləş") - 93;
4. Nazim Əliyev ("Xəzər" S) - 93;
5. Fazil Pərvərov ("Kəpəz") - 80;
6. Rövşən Əhmədov ("Kəpəz") - 75;
7. Qurban Qurbanov ("Neftçi") - 66;
8-9. Nadir Nəbiyev ("Turan") - 63;
8-9. İmamyar Süleymanov ("Kəpəz") - 63;
10. Mahir Emreli ("Qarabağ") - 59;
11. Yunis Hüseynov ("Neftçi") - 58;
12. Musa Qurbanov ("Turan") - 56;
13. Abdullah Zubir ("Qarabağ") - 52;
14-15. Riçard Almeyda ("Qarabağ") - 51;
14-15. Badri Kvaratsxeliya ("Şəmkir") - 51;
16. Emin Mahmudov ("Neftçi") - 50.