"Neftçi"nin UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Oxu.Az xəbər verir ki, "ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcəklər. Bakı klubu ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/27 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.
Avropa arenasında ölkəmizi təmsil edəcək "Neftçi" və "Zirə" klublarının UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblərin adları bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Mübarizəyə birbaşa II təsnifat mərhələsindən başlayacaq "Neftçi"ni olduqca maraqlı sınaqlar gözləyir. Paytaxt təmsilçisinin potensial rəqibləri sırasında "Ludoqorets" (Bolqarıstan), "Rakuv" (Polşa) və "Apollon" (Kipr) klubları yer alıblar. Bundan əlavə, komanda ilk təsnifat mərhələsində üz-üzə gələcək "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) və ya "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlüklərindən birinin qalibi ilə də qarşılaşa bilər.
Turnirə I təsnifat mərhələsindən start verərək Gürcüstanın "Torpedo" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək "Zirə"nin isə növbəti raunda adlayacağı təqdirdə qarşılaşacağı komandaların siyahısı məlumdur. Təmsilçimizin bu mərhələdəki ehtimal olunan rəqibləri AEK (Kipr), "ÇFR Kluj" (Rumıniya), "Spartak" (Slovakiya) klublarından biri və ya "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, qitəmiqyaslı turnirin - UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsi çərçivəsində baş tutacaq həlledici matçlar iyulun 23-də və 30-da oynanılacaq.
Bu gün UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Oxu.Az xəbər verir ki, bütün diqqətlər İsveçrənin Nyon şəhərinə, UEFA-nın mənzil-qərargahına yönələcək. Püşkatma tədbirinə Bakı vaxtı ilə tam saat 16:00-da start veriləcək.
Mərasimdə I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" kollektivi ilə üz-üzə gələcək "Zirə"nin, təmsilçimiz "Neftçi"nin və UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" duelində məğlub olan tərəfin potensial rəqibləri müəyyənləşəcək.
II təsnifat mərhələsinin səpələnmişlər səbətində isə Avropanın bir sıra tanınmış klubları qərarlaşıb:
"Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Kluj" (Rumıniya), HİK (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets-Kralove" (Çexiya), "Avstriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşellann" (Norveç), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə).
Siyahını tamamlayacaq daha 13 komandanın adı isə ilk raundun yekun nəticələrindən sonra rəsmən təsdiqlənəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk qarşılaşmalar iyulun 23-də, mərhələnin taleyini həll edəcək cavab görüşləri isə iyulun 30-da baş tutacaq