Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi"nin məşqçilər korpusunda yeni təyinat olub
"Neftçi"nin məşqçilər korpusunda yeni təyinat olub.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək "Neftçi"nin sabiq baş məşqçisi Laurentsiu Regekampfın köməkçilərindən olub.
Qeyd edək ki, o, "Neftçi"dən başqa, Rumıniyanın "Poltexnika Timişoara" (2012-2016), "Universitatya Krayova" (2021-2022, 2023), Səudiyyə Ərəbistanının "Əl-Vehda" (2018), "Əl-Əhli" (2021), "Ət-Tai" (2023-2024), BƏƏ-nin "Əl-Vəsl" (2019-2021), Tunisin "Esperans" (2024) klublarında və Rumıniyanın U-21 millisində (2016-2018) çalışıb.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Emin Mahmudov adını "Neftçi"nin tarixinə yazdırdı
- "Neftçi" braziliyalı vingerin transferini AÇIQLADI
- Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
- "Neftçi" "Everton"un sabiq futbolçusunu transfer etdi
- "Neftçi"nin "Palms Sports" ilə imzaladığı müqavilə klubun illik qazancının 30 faizini təşkil edir
Rəylər