"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya Səudiyyə Ərəbistanında klubunu dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Vəsl"in mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu "Əl-Vəsl" klubundan "Şarja" komandasına altı ay müddətinə icarəyə göndərilib.
Qeyd edək ki, M.Saldanya 2022/2023 mövsümündə "Neftçi"nin heyətində çıxış edib.