Braziliyalı hücumçu Mateus Saldanya Türkiyənin "Gənclərbirliyi" klubuna transferi an məsələsidir.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara təmsilçisi 26 yaşlı forvardı öz heyətinə qatmaq üçün artıq rəsmi təkliflə çıxış edib.
Hazırda maliyyə şərtləri və müqavilənin müddəti ilə bağlı danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə, Saldanyanı yeni mövsümdən etibarən "Gənclərbirliyi"nin formasında yaşıl meydanlarda görəcəyik.
Xatırladaq ki, mərkəz hücumçusu yerli azarkeşlərə yad deyil. O, 2023-cü ilin yanvar-iyul aylarında "Neftçi"nin uğurları üçün tər töküb. Saldanya Bakı klubunun heyətində Azərbaycan Premyer Liqasında çıxdığı 17 matçda rəqib qapılarından beş top keçirib. Paytaxt təmsilçisindən ayrıldıqdan sonra Serbiyanın "Partizan" və Macarıstanın "Ferentsvaroş" klublarında çıxış edən forvard, 2025-ci ildə 5 milyon avro qarşılığında "Əl-Vasl"a transfer olunmuşdu.
