"Neftçi"nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda zədələnib.
Oxu.Az Afrika mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Afrika Millətlər Kubokunun D qrupunda keçirilən Benin - Botsvana (1:0) matçında zədə alıb.
Sessi Dalmeyda bu gün 1/8 finalda Misirə qarşı matçda meydanda olmayacaq.
Dalmeydanın ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.