Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, cəmi iki qarşılaşma baş tutub.
Əvvəlcə 7 oyundu qələbə qazanmayan “Zirə” “Qəbələ”ni qəbul edib. Tərəflər hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar və qələbəsizlik seriyasını davam etdiriblər.
“Zirə” – “Qəbələ” - 1:1
Qollar: M. Duriç, 53 (pen.) - S. Monroz, 78
“Neftçi” – “Sumqayıt” - 2:2
Qollar: Mirabdulla Abbasov, 45; Namiq Ələsgərov, 63 - Rəşad Eyubov, 41; Cavid İmamverdiyev, 79
Həftənin son matçında “Neftçi” və “Sumqayıt” üz-üzə gəlib. Məğlubiyyətsiz irəliləyən rəqiblər durumlarını yaxşılaşdırmaq üçün qalib gəlməli idi. Dramatik keçən matçda 4 qol vurulub və komandalar hərəyə 1 xalla kifayətləniblər. Beləliklə, Samir Abasovun komandası 10 oyundu məğlub olmur.
| 1. | Qarabağ | 22 | 16 | 5 | 1 | 32-8 | 53 |
| 2. | Qəbələ | 22 | 12 | 5 | 5 | 36-22 | 41 |
| 3. | Sumqayıt | 22 | 10 | 6 | 6 | 29-24 | 36 |
| 4. | Zirə | 22 | 9 | 8 | 5 | 29-21 | 35 |
| 5. | Neftçi | 22 | 9 | 4 | 9 | 28-24 | 31 |
| 6 | Səbail | 22 | 5 | 3 | 14 | 14-31 | 18 |
| 7. | Keşlə | 22 | 4 | 6 | 12 | 19-34 | 18 |
| 8. | Kəpəz | 22 | 3 | 3 | 16 | 14-37 | 12 |