Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.
“Report”un məlumatına görə, Bakı klubu Moskvada yerli “Spartak” komandası ilə üz-üzə gəlib.
“Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
Bununla da “Neftçi”nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.
Qeyd edək ki, buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.
22:12
“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) klubu arasında memorandum imzalanıb.
Bakı klubundan verilən məlumata görə, əməkdaşlıq bir il müddətinə nəzərdə tutulub.
Bununla bağlı bu gün hər iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib. Memorandum əsasında klublar arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 1922-ci il aprelin 18-də yaradılan “Spartak” Rusiyada xalqın komandası sayılır və ölkənin ən titullu klubudur.