"Trabzonspor"un yarımmüdafiəçisi Murat Cem Akpınar karyerasını Azərbaycanda davam etdirə bilər.
Oxu.Az Fotospor.com-a istinadla xəbər verir ki, "Neftçi" türk futbolçunu heyətinə qatmaq istəyir.
Bakı təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək niyyətindədir.
"Neftçi" Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçunu yerli oyunçu limitinə uyğun olduğu üçün Murat Cem Akpınarı transfer etməkdə maraqlıdır.
Qeyd edək ki, Azərbaycan klubu ilə yanaşı, "Antalyaspor", "Sakaryaspor", "Bandırmaspor" və "Kocaelispor" da Akpınarla maraqlanır.
Rəylər