Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

2023-2024-cü tədris ilində abituriyentlər ən yüksək nəticələri hansı bölgələrdən göstəriblər?
"2023-2024-cü tədris ili üzrə ölkəmizin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə əsasən birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur".
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent-12" jurnalında qeyd olunub.
Bildirilib ki, fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlillərindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərinin göstəricilərini qabaqlayır. Belə rayonlara misal olaraq, Cəbrayıl, Ağdaş, Salyan, Beyləqan, Qubadlı, Qəbələ, Tovuz, Kəlbəcər, Siyəzən, Bərdə, İsmayıllı, Culfa, Oğuz, Astara, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, Ağcabədi, İmişli, Neftçala Ağstafa, Kürdəmir, Babək və Şəruru göstərmək olar.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bayram tətilinə görə imtahan nəticələri gec açıqlanacaq? - DİM cavab verdi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edildi
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?