Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Neftçi" və "Qarabağ" eyni hücumçuya elçi düşüb
Azərbaycanın iki klubu - "Qarabağ" və "Neftçi" Polşa təmsilçisi "Motor"da çıxış edən Samuel Mrazla maraqlanır.
Oxu.Az "Futbolnews.pl"yə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Neftçi" ilə yanaşı, "Qarabağ"ın da diqqətindədir.
Slovakiyalı oyunçu Ağdam təmsilçisinin transfer siyahısında olsa da, bu, ölkə çempionu üçün prioritet deyil.
Qeyd edək ki, ötən ilin fevralında "Motor"a keçən Slovakiya millisinin sabiq üzvünün müqaviləsinin müddəti yayda başa çatmalıdır. Son olaraq 2022-ci ildə yığmaya cəlb olunan forvard millidə 5 matça çıxıb.
Samuel Mraz cari mövsümdə "Motor" forması ilə meydana çıxdığı 18 oyunda doqquz qol və üç assistə imza atıb.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
- Arkadi Qukasyandan məhkəmədə etiraf: "Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb"
- Premyer Liqa: "Zirə" "Səbail"i bir qolla üstələdi
- Elvin Cəfərquliyev davadan danışdı: "Üzümə zərbə endirdi"
- "Araz-Naxçıvan" - "Qarabağ" oyununda dava: Futbolçular əlbəyaxa oldular