“Neftçi” yeni formalarını təqdim edib.
Oxu.Az-ın məlumatına görə, klub bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
Bildirilib ki, formalar istehsalçı firma tərəfindən xüsusi olaraq “Neftçi” üçün dizayn edilib.
Qeyd edək ki, yeni formalar ənənəvi ağ-qara, sarı və sarı-qara rənglərdə olacaq.