Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, “Neftçi” “Zirə”ni darmadağın edib - 4:2.
“Neftçi”nin heyətində Baqaliy Dabo (dubl), Anton Krivotsyuk və Namiq Ələsgərov fərqlənib.
Qonaqların qollarını isə Mfo Kqasvane vurub.
Matçın sonunda meydanda insident yaşanıb. Nəticədə oyunun baş hakimi qonaq komandanın futbolçuları İlkin Muradov və Orxan Sadıqlıya qırmızı vərəqə göstərib.