“Neftçi” futbol klubu və klubun futbolçusu Cukias Vobay afrikalı futbolçunun “Simurq” komandası uğrunda qələbə ilə nəticələnən (1:0) oyundan sonra ifadə etdiyi jestlərin zaqatalalı azarkeşlərə ünvanlandığını təkzib edirlər.
Oxu.Az xəbər verir ki, Vobay aşağıdakıları bəyan edib:
“Mənim jestimin təhqiredici sayılması məni təəccübləndirdi. Mən bu özünəməxsus jestlərlə komanda yoldaşlarımla – Nokolas Kanales, Əziz Quliyev və Aqil Məmmədov ilə qələbəni qeyd edirdim. Orada təhqirdən söz belə ola bilməz.
Mən uzun illərdir ki, Azərbaycanda oynayıram. Mən müsəlman kimi Azərbaycan xalqının ənənələrinə hörmətlə yanaşıram. Mən azarkeşləri heç bir zaman təhqir etməzdim. Əgər azarkeşlərdən kim isə mənim jestlərimi təhqir hesab edibsə üzr istəməyə hazıram”.
Həmin epizodun videosunu sizə təqdim edirik: