“Neftçi”nin kapitanı Emin Mahmudovun son durumu açıqlanıb.
Klubdan Oxu.Az-a verilən məlumata görə, Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən yarımmüdafiəçinin daban oynağında ödəm müşahidə olunub.
31 yaşlı futbolçunun bağlarında ciddi zədə olmadığı bildirilib. Artıq müalicə prosesinə başlanılıb. Emin Mahmudovun 2-3 günə məşqlərə qoşulması planlaşdırılır.
Qeyd edək ki, Emin Mahmudov 3:3 hesabı ilə yekunlaşan “Kəpəz”lə görüşün 78-ci dəqiqəsində əvəzlənib. “Ağ-qaralar” növbəti matçını martın 15-də “Səbail”ə qarşı keçirəcək.
Rəylər