“Neftçi”nin müdafiənin sol cinahı üçün alacağı futbolçunun adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, Braziliya B Seriyasının “Quareni” klubunda çıxış edən Talison Auqusto Tavariz Cias ilə üç illik müqavilə bağlayacaq.
O, Azərbaycanda Braziliyadakı məbləğdən çox qazanacaq. Qısaca Talison kimi tanınan 28 yaş yaşlı futbolçu özü də beş saat öncə etdiyi paylaşımında ayrılacağını bildirib:
“Bu gün “Quareni” kimi böyük klubda karyeramı başa vururam. Burada karyeramın ən vacib anlarından birini yaşadım. Mən də bu tarixi forma ilə həyatımın ən xüsusi qollarından birini vurdum.
Ötən ilin sonundan bəri burada yaşadığım hekayənin bir hissəsi olan hər kəsə təşəkkür edirəm. Bu klubu və bu komandanın azarkeş coşqusunu yaddaşımda əbədi olaraq saxlayacağam. Çox sağ olun!”
View this post on InstagramQeyd edək ki, Talison legioner kimi yalnız Belçikada çıxış edib. Lakin ötən mövsüm çıxış etdiyi “Sint-Tröyden” klubu ilə cəmi bir matça çıxıb və 19 dəqiqə oynaya bilib.
Səbuhi Musayev
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
- Prezident seçkisindən dərhal sonra Bolsonaruya ölkəni tərk etmək qadağası qoyuldu
- Braziliya liderindən yeni rekordlar: Ölkədə ən çox səs yığan və ən yaşlı prezident oldu
- Zukerberqin şirkəti seçkiyə müdaxilədə ittiham olunur
- Braziliyada silsilə qətllər təşvişi: Yeddi məkan, yeddi cəsəd, dəhşətli görüntülər... - Foto/Video
Digər xəbərlər