Azərbaycanlı idmançı, “Qəbələ” İdman Klubunun üzvü Nəriman Abbasov Moskvada keçirilən “Fight Night Global 44” turnirində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, rinqə üzərində “Khojaly Genocide” yazısı olan formada çıxan həmyerlimiz rusiyalı idmançı Nikolay Qapanovla döyüşdən qalib ayrılıb.
Nərimanın məqşçisi Şəhriyar Abbasov bildirib ki, onlar qələbəni 24 il bundan əvvəl Xocalıda törədilən Azərbaycanlıların soyqırımına həsr ediblər.