Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komanda DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək. Milli sentyabrın 5-də səfərdə İslandiyaya beş cavabsız qolla uduzub.