Rusiyanın paytaxtı Moskvada keçirilən “AMC Fight Night 100” döyüş gecəsində azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov ikinci dəfə yüngül çəkidə qazandığı kəməri müdafiə edə bilib.
Oxu.Az-ın xəbərinə görə, “Çingizxan” ləqəbli idmançımız rusiyalı MMA döyüşçüsü, 2013-cü ildə Monteneqroda keçirilmiş yeniyetmələr üzrə sərbəst güləşdə Avropa çempionu olmuş Şamil Əmirovla qarşılaşıb.
Ağıllı taktika ilə döyüşü müdafiədə keçirən Nəriman ikinci raunddan etibarən rəqibin yorğunluğundan yararlanmağa başlayıb.
Üçüncü raundda rusiyalı idmançı oktaqonda döyüşdən qaçmağa çalışıb. Nəticədə baş hakim Əmirovun Nərimanın zərbələri qarşısında müqavimət göstərə bilmədiyini görüb, döyüşü Nərimanın xeyrinə saxlayıb.
View this post on InstagramŞamil Əmirov döyüşdən qaçmasını xeyli çəki salması ilə izah edib. O, bu döyüşə razılıq verdiyi üçün anasından üzr də istəyib.
Ötən ilin sentyabrın 25-də Rusiyanı təmsil edən gürcü Mixail Qoqitidze ilə döyüşdə kəmərini müdafiə etməyi bacarmış Nəriman Abbasov ardıcıl 11-ci görüşündə də qalib gəlib.
Bu, onun peşəkar karyerasında 26-cı qələbəsi olub.
Səbuhi Musayev
"Çin" teqi üzrə xəbərlər
- Rekord sayda yüksəkvəzifəli məmur Çin Kommunist Partiyasından kənarlaşdırıldı
- Dünyanın ən məxfi silahları: Nüvə raketlərindən "Qiyamət torpedosu"na qədər - Foto
- "Real Madrid" Mbappenin açıqlamalarına görə Çin xalqından üzr istədi
- Çin sosial şəbəkələrində yeni fırıldaq növü
- Çinli sahibkar su üzərində motosikletlə hərəkət edərək dünya rekordu qırdı - Video
Digər xəbərlər