Rusiyanın “Fight Nights Global” MMA turnirinin yüngül çəkidə çempionu Nəriman Abbasov erməni idmançı Eduard Vartanyana qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, Rusiyanın “Vestnik MMA” “Instagram” səhifəsində baş tutan onlayn yarışın yarımfinalında iki idmançı arasında səsvermə keçirilib.
24 saat ərzində “Instagram”ın hekayə bölməsində gerçəkləşən səsvermənin qalibi Nəriman olub.
View this post on InstagramBeləliklə, idmançımız turnirin finalına vəsiqə qazanıb. Onun finaldakı rəqibi çeçen Yusif Raisov olacaq. Raisov yarımfinalda Aleksandr Şabliyə qalib gəlib.
Qeyd edək ki, Nəriman Abbasovla Eduard Vartanyan real döyüşdə bir-birinə rəqib olmalıydı. Görüş “Fight Nights Global”ın çempionluq kəmərinin müdafiəsi üçün Moskvada keçirilməli idi. Lakin “Şir ürəkli” ləqəbli Vartanyan yanvarda Nərimana rəqib olmaqdan imtina etmişdi.
Səbuhi Musayev
Digər xəbərlər