Braziliya millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar ilin sonunadək meydana çıxa bilməyəcək.
Oxu.Az xəbər verir ki, o, Fransa çempionatının “Sent-Etyen”lə oyununda zədələnib.
İlkin tibbi müayinəyə əsasən, 29 yaşlı hücumçu altı həftə yaşıl meydanlardan kənar qala bilər. Bu da o deməkdir ki, hücumçu bu il meydana çıxa bilməyəcək.
Qeyd edək ki, cənubi amerikalı futbolçu qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb. O, 88-ci dəqiqədə Erik Dina ilə əvəzlənib və meydandan xərəkdə çıxarılıb.
İdmançı özü də zədənin idman həyatının bir hissəsi olduğunu, daha yaxşı və daha güclü şəkildə meydanlara qayıdacağını bildirib. Futbolçuya komanda yoldaşlarından Marko Verratti, Kilian Mbappe, həmçinin Memfis Depay, Rişarlison, Duqlas Kosta kimi aparıcı oyunçular və futbol əfsanəsi Pele dəstək olub.
View this post on Instagram
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyada altıgünlük iş həftəsi ləğv edildi
- Braziliyada final oyunu rinqə çevrildi: Qadın futbolçular əlbəyaxa oldular - Video
- Braziliyada canlı yayım zamanı avtomobil butikə çırpıldı - Video
- Braziliyada tornado aeroportda dağıntılara səbəb oldu, uçuşlar dayandırıldı - Foto/Video
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
Digər xəbərlər