Məşhur futbol fristayleri Sean Garnier # Baku2015Challenge Avropa Oyunlarına dəstək kampaniyasına qatıldı.
Oxu.Az xəbər verir ki, estafeti qəbul edən fristayler “Barselona”nın ulduzu, Braziliya millisinin hücumçusu Neymara çağırış etdi.
Qeyd edək ki, # Baku2015Challenge-in mahiyyəti qeyri-adi basketbol tryukunun yerinə yetirilməsidir.
İlk Avropa Oyunlarının basketbol üzrə ulduz səfiri Miri Yusif tərəfindən başlanılan kampaniyaya qısa bir zamanda yerli idmançılar, şou-biznes nümayəndələri və Serbiya yığmasının basketbolçuları qatılıb.
F.H.
www.oxu.az