Koreya Respublikasının paytaxtı Seulda keçirilən paralimpiyaçılar arasında İBSA dünya oyunlarında Azərbaycan milli komandası uğurlu çıxışını davam etdirir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın dördüncü günündə - mayın 14-də uzunluğa tullanma yarışlarında Azərbaycan idmançısı Elçın Muradov 6.09 metr nəticə ilə qızıl medal qazanıb.
Mayın 18-də yekun vurulacaq dünya oyunlarında iştirak edən milli komandamız 5 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
E.Ə.
www.oxu.az