Futbol üzrə Braziliya millisinin hücumçusu Neymar tarixi nəticəyə imza atıb.
Oxu.Az xəbər verir ki, forvard yığma komandakı karyerası ərzində 60-cı qolunu vurub. Bu, Uruqvayla oyunda baş verib. Neymar braziliyalıların 1:0 hesabı ilə qalib gəldikləri matçda yeganə qolu penaltidən vurub.
Beləliklə də Neymar Braziliya millisinin heyətində bombardirlər siyahısında üçüncü pilləyə yüksəlib. Sıralamaya 77 qolla əfsanəvi Pele başçılıq edir, ikinci yerdə isə Ronaldodur (62).
Rəylər