Fransanın PSJ klubunun braziliyalı legioneri Neymar həbs oluna bilər.
Oxu.Az xəbər verir ki, buna səbəb futbolçunun 2013-cu ildə Braziliyanın “Santos” klubundan İspaniyanın “Barselona” klubuna keçidi zamanı yol verildiyi iddia olunan fırıldaq əməlləridir.
Məlum olub ki, transferin dəyəri sənədlərdə 40 milyon avro göstərilsə də, əslində məbləğ daha böyük olub. Bu üzdən hazırda araşdırma aparılır.
Bildirilir ki, transfer 83 milyon avroya başa gəlib.
Rəylər