Braziliyalı futbolçu Neymar 5 ildir sevgili olub, sonra ayrıldığı Bruna Markizinlə yenidən barışıb.
Oxu.Az xəbər verir ki, dostları ilə qatıldığı yaxta partisində fotoqrafların obyektivinə tuş gələn cütlük görüntüləndiklərinin fərqində olmayıb. Parti zamanı əylənən cütlüyün fotoları isə gündəm yaradıb.
Ötən aylarda beş illik münasibətlərini bitirdiklərini elan edən Neymar və Brunanın ayrılma səbəbi futbolçunun sevgilisinə evlənmə təklif etməsi idi.
Qeyd edək ki, Neymar 222 milyon avro bonservis qiyməti ilə futbol tarixinə keçən, illik 57 milyon avro gəliri ilə isə dünyanın ən çox qazanan futbolçusudur.


Pərviz Hüseyn
www.oxu.az