Malayziyanın “T-Team” komandasının nigeriyalı futolçusu David Oniya dostluq matçı zamanı huşunu itirib bə xəstəxanada dünyasını dəyişib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Oniya “Kelantan”la matçın 3-cü dəqiqəsində huşunu itirib. Bundan sonra 30 yaşlı futbolçu Malayziyanın xəstəxanalarından birinə çatdırılıb və yarım saatdan sonra orada dünyasını dəyişib.
Ölümün səbəbi açıqlanmır. Xəstəxanadan ölüm xəbəri gələn kimi matç 60-cı dəqiqədə dayandırılıb.
Qeyd edək ki, öncə David Oniya Azərbaycan və Özbəkistan klublarında oynayıb.