Doğma vətəndə qızıl medal qazanmaq böyük fəxrdir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu lll MDB Oyunlarında 71 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Nihat Abbasov jurnalistlərə açıqlamasında deyib.
O, yarışa çox yaxşı hazırlaşdığını bildirib: "Şükürlər olsun, əziyyətim yerdə qalmadı. Bu qələbəmi ailəmə və məşqçilərimə həsr edirəm. Gələcəkdə də keçirilən yarışlarda qızıl medal sahibi olmaq üçün daha da yaxşı məşq edəcəyəm. Yeni nailiyyətlər əldə edəcəyəm".
Qeyd edək ki, N.Abbasov finalda Rusiya təmsilçisi Zubair Baqilova qalib gəlib.