Hazırda "Qalatasaray" klubuna məxsus olan Nikolo Zanyolo karyerasını "Vilyarreal" klubunda davam etdirəcək.
Oxu.Az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.
"Qalatasaray"ın 15 milyon avro ödədiyi futbolçu üçün tələb etdiyi məbləğ isə 12 milyon avrodur.
Qeyd edək ki, Nikolo Zanyolonun "Qalatasaray"la müqavilə müddəti 2027-ci ilədəkdir.