“Bavariya”nın qapıçısı Manuel Noyer “Sevilya” qarşısında UEFA Super Kuboku uğrunda görüşdə qazanılan qələbə barədə fikirlərini səsləndirib.
Bu barədə UEFA-nın rəsmi saytı yazıb.
“Məşqçi Xavi Martinesi meydana buraxanda çox sevindim. Çünki o, standart vəziyyətlərdə başla çox gözəl oynayır. “Sevilya”ya qarşı oynamaq asan deyil, onların əla məşqçiləri var”, - deyə M.Noyer bildirib.