Tanınmış müğənni Nura Surinin oğlanları Ciu-Citsu üzrə yarışlarda fərqləniblər.
Oxu.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında DİN-in İdman Cəmiyyətinin Ciu-Citsu üzrə ölkə birinciliyi keçirilib.
Bu yarışlarda müğənni Nura Surinin böyük oğlu Mohsen Suri 45 kq çəki dərəcəsində, kiçik oğlu isə Davud 24 kq çəki dərəcəsində yarışıb.
İfaçının hər iki oğlu mübarizədə birincilik qazanıb.
E.Ə.
www.oxu.az