Rusiyanın "Dinamo Moskva" klubu baş məşqçilik vəzifəsi üçün Nuri Şahinə təklif göndərməyi düşünür.
Oxu.Az "Sport-Express"ə istinadən xəbər verir ki, "Dinamo Moskva"nın baş məşqçisi Valeri Karpin dünən klubundan ayrıldığını açıqlayıb.
Qeyd edək ki, Nuri Şahin sentyabr ayından bəri Türkiyənin "İstanbul Başakşehir" komandasına rəhbərlik edir.
Xatırladaq ki, 21 yaşlı azərbaycanəsilli futbolçu Ülvi Babayev "Dinamo Moskva" klubunda çıxış edir.