Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nuri Şahin yenidən Türkiyə Super Liqasına qayıdır
"Borussiya Dortmund"un sabiq çalışdırıcısı Nuri Şahin Türkiyə Super Liqasına qayıda bilər.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Nuri Şahin Türkiyədə yeni iş yeri tapıb.
Belə ki, yaxın günlərdə "Başakşehir"də Nuri Şahin dövrü başlayacaq.
Çağdaş Atanla yollarını ayırmağa hazırlaşan "Başakşehir" rəhbərliyi bir müddətdir işsiz olan Nuri Şahini yeni baş məşqçi kimi nəzərdən keçirir. İstanbul klubu gənc baş məşqçi üçün ilkin təmaslara başlayıb.
Bundan öncə sabiq "Fənərbağça"lı Aykut Kocamanın İstanbul təmsilçisində çalışacağı bildirilirdi.
Qeyd edək ki, 36 yaşlı mütəxəssis daha əvvəl "Antalyaspor"da çalışıb.
"Borussiya Dortmund" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb
- UEFA Çempionlar Liqası: Dörddəbir final mərhələsinə ən şanslı komandalar hansılardır?
- UEFA Çempionlar Liqası: "Arsenal"dan darmadağın, "Borussiya Dortmund"dan heç-heçə
- UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinə dörd qarşılaşma ilə start verilir
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub