UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti oyunlar baş tutacaq.
Oxu.Az xəbər verir ki, gecənin diqqətçəkən görüşlərindən birində Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Liverpul"u qəbul edəcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq qarşılaşma "CBC Sport" telekanalında yayımlanacaq. Eyni saatda "AEK Afina" - "Real Madrid" matçı da keçiriləcək. Görüşü İctimai TV canlı yayımlayacaq.
Gecə saatlarında isə Norveçin "Vikinq" komandası Azərbaycan təmsilçisi "Sabah"ı qəbul edəcək. Saat 00:00-da başlayacaq oyunu İctimai TV-dən izləmək mümkün olacaq. Eyni vaxtda Dortmund "Borussiya"sı ilə "Real Betis" üz-üzə gələcək. Bu qarşılaşma "CBC Sport" telekanalında nümayiş olunacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
21:45. "Fənərbağça" - "Liverpul" ("CBC Sport" TV)
21:45. "AEK Afina" - "Real Madrid" (İctimai TV)
00:00. "Vikinq" - "Sabah" (İctimai TV)
00:00. "Borussiya Dortmund" - "Real Betis" ("CBC Sport" TV)