Azərbaycanın iki klubunun U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti sınağına çıxacaq.
Oxu.Az xəbər verir ki, "Sabah" əsas mərhələnin IV turunda Norveçdə "Vikinq"in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Sandnes şəhərindəki "Sandnes Ulf Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Sabah" U-19 əvvəlki turlarda "Borussiya Dortmund"a (0:2), "Slaviya Praqa"ya (0:3) və "Mançester Yunayted"ə (0:5) uduzub.
Eyni saatda "Qarabağ"ın U-19 komandası da səfər matçına çıxacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada "Dinamo Zaqreb"in qonağı olacaq. Bu matç da Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıda keçirilən ilk görüşdə Ağdam təmsilçisi 1:2 hesabı ilə məğlub olub.