Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
"1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı".
Oxu.Az xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən bildirib.
O deyib ki, sonradan həmin şəxslərin bir qismi Qarabağda qaldı, bir qismi Ermənistana, digər qismi Rusiyaya köçdü.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

"Arkadi Qukasyan" teqi üzrə xəbərlər
- Koçaryanın ekstradisiyası: Bakı hansı konvensiyaya istinad edə bilər?
- Qukasyandan ETİRAF: "Qondarma rejimin "büdcə"sinə Ermənistan tərəfindən vəsait ayrılıb"
- Arkadi Qukasyandan gecikmiş etiraf: "Böyük Ermənistan" ideyası nağıldır"
- Arayik Arutyunyan: "İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi"
- Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir