Yanvarın 13-də “Nyukasl”ın hücumçusu Coelinton “Sent Ceyms Park”da “Mançester Siti” ilə oynayarkən onun malikanəsinə oğrular daxil olublar.
Məlumata görə, yerli təhlükəsizlik xidməti tərəfindən futbolçuya evə yad şəxslərin daxil olması barədə məlumat verilib. Bundan sonra o, hadisə yerinə polisi çağırıb. Lakin polis gələnə qədər cinayətkarlar malikanəni tərk ediblər.
Bildirilir ki, oğrular evə daxil olan zaman orada heç kim olmayıb. Hazırda onların axtarışı davam etdirilir.
Mənbə: championat.com