ABŞ prezidenti Barak Obama Beynəlxalq futbol federasiyaslnda (FİFA) baş verən korrupsiya qalmaqlından danışıb.
Oxu.Az xəbər verir ki, Ağ Evin rəhbərinin sözlərinə görə, təşkilat təmiz və şəffaf hərəkət etməlidir.
“Burada, Avropada baş tutan söhbətlərdə, insanlar hesab edirlər ki, FİFA şəffaf hərəkət etməlidir və hesabat verməlidir", - Obama Almaniyada keçirilən G7 sammitində qeyd edib.
ABŞ prezidenti xatırladıb ki, futbol təkcə oyun deyil, həmçinin “böyük biznesdir”. Obamanın sözlərinə görə futbol ABŞ-da populyarlaşır, və buna görə də Amerika höküməti federasiyanın şəffaf işləməyinə çalışır.
www.oxu.az