Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Olavio Juninyo "Qarabağ"dan ayrıldı
"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo" ilə müqavilə imzalamaq üçün Braziliyaya yollanıb.
Oxu.Az xəbər verir ki, bunu Rio-de-Janeyro təmsilçisinin futbol direktoru Joze Boto açıqlayıb.
O bildirib ki, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub:
"Juninyo yalnız tibbi müayinədən keçdikdən və müqavilə imzaladıqdan sonra bizim futbolçu olacaq. Bu isə hələ baş verməyib".
Klub rəsmisi qeyd edib ki, Juninyo bu gün Rio-de-Janeyroda olacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, "Flamenqo" hazırda ABŞ-da təlim-məşq toplanışındadır. Juninyo müqavilə imzaladıqdan sonra komandanın düşərgəsinə yollanmalıdır.