Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Olavio Juninyonun komanda yoldaşı "Mançester Siti"də
Olavio Juninyonun komanda yoldaşı, "Flamenqo"nun sağ cinah müdafiəçisi Uesli karyerasını "Mançester Siti"də davam etdirməyə hazırlaşır.
Oxu.Az "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər" braziliyalıya əsas elçilərdən biri hesab olunurdular.
İddialara görə, Premyer Liqa təmsilçisi futbolçu ilə razılaşıb. 21 yaşlı müdafiəçi qarşıdakı transfer pəncərəsində İngiltərə nəhənginə qoşulacaq.
Uesli bu mövsüm "Flamenqo"nun heyətində 21 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" onun dəyərini 15 milyon avro olaraq qiymətləndirib.
"Mançester Siti FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar